...

Azərbaycan sahə üzrə aparıcı ökələrin dəstəyilə startap ekosistemini inkişaf etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2023 19:41 (UTC +04:00)
Azərbaycan sahə üzrə aparıcı ökələrin dəstəyilə startap ekosistemini inkişaf etdirir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan sahə üzrə aparıcı ökələrin dəstəyilə startap ekosistemini inkişaf etdirir.

Trend xəbər verir ki, bunu cümə günü "Enterprise Azerbaijan" portalının "StartUp School" layihəsinin Məzun günündə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, hər il dünyada 300 minə yaxın layihə yaradılır və bunlardan yalnız 10 faizi uğurlu olur.

"Startapçılar və investorlar arasında qarşılıqlı fəaliyyət platforması yaradılmalıdır, belə ki, layihənin reallaşdırılması üçün maliyyələşdirilməsi lazımdır. "StartUp School" layihəmiz belə bir platforma olaraq çıxış edir və əminik ki, startapçılarımız öz ideyalarının reallaşdırılmasında uğur əldə edəcəklər", - o deyib.

V.Qasımlı həmçinin qeyd edib ki, startap xəritəsinə baxdıqda orada ABŞ, Çin, Böyük Britaniya, Almaniya və İsrailin lider mövqelərə malik olduqlarını görmək olar.

"Azərbaycanda startap ekosisteminin inkişafı bu ölkələrdən olan ekspertlərin dəstəyilə həyata keçirilir. Nevada universiteti ilə əməkdaşlığımız buna misaldır. Aparıcı universitetlər və beyin mərkəzləri ilə əməkdaşlığı inkişaf etdirmək bizim üçün çox vacibdir", - o deyib.

V.Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı yetərincə dayanıqlıdır və ölkənin xarici maliyyəyə ehtiyacı yoxdur.

"Hazırda ölkəyə xüsusilə startap ekosistemləri sektorları, tibb, təhsil və digər mühüm sahələrdə bilik və təcrübələr cəlb etməliyik. Əlbəttə ki, artıq bu cür əməkdaşlığımız qurulub və biz onu möhkəmləndirməyi hədəfləyirik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti