...

Azərbaycanda dövlət satınalmaları haqqında yeni qanun layihəsi hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2023 14:27 (UTC +04:00)
Azərbaycanda dövlət satınalmaları haqqında yeni qanun layihəsi hazırlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Dövlət satınalmaları haqqında" yeni qanun layihəsinin hazırlanması artıq yekunlaşıb.

Trend çərşənbə günü xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

"Qanun yeni nəzarət-yoxlama mexanizmlərinin tətbiqini, həmçinin prosedurların sadələşdirilməsini və bürokratik maneələrin azaldılmasını nəzərdə tutur. Bu, biznes üçün qabaqcıl şəraiti təmin etməklə təchizatçılar arasında rəqabəti artırmağa imkan verəcək. Yeni qanun layihəsi çərçivəsində, həmçinin elektron platformaların inkişafı və dövlət satınalmaları prosesində rəqəmsal texnologiyalardan istifadə üzrə tədbirlər nəzərdə tutulub. Bu, proseslərin avtomatlaşdırılmasına və sürətləndirilməsinə, şəffaflığın artırılmasına və bütün iştirakçılar üçün bərabər imkanların yaradılmasına səbəb olacaq. Bu, dövlət satınalmaları sisteminin modernizasiyasında və ölkənin iqtisadi artımının dəstəklənməsində vacib addımdır", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti