Bakı. Trend:
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Bakıda keçirilən Xəzər İnşaat Həftəsi çərçivəsində təqdim olunan eksponatlarla tanış olub.
Trend xəbər verir ki, tədbir 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir.
Qeyd edək ki, Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı, 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaq.