...

BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI MƏRKƏZİ ASİYA VƏ AZƏRBAYCANDA LİZİNQ ƏMƏLİYYATLARININ DƏSTƏKLƏNMƏSİ LAYİHƏSİNİ HƏYATA KEÇİRMƏYİ PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 16:30 (UTC +04:00)

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Mərkəzi Asiyanın 4 ölkəsində və Azərbaycanda lizinq əməliyyatlarının dəstəklənməsi üzrə layihəni həyata keçirməyi planlaşdırır.

Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan lizinq inkişafı layihəsinin (ALDP - BMK və SECO tərəfindən həyata keçirilir) direktoru Rendal Pitersen məlumat verib. Onun sözlərinə görə, layihə avqust ayından etibarən həyata keçirilməyə başlayacaq.

"Çox güman ki, hər ölkədən 2-3 ən yaxşı lizinq şirkətləri BMK tərəfindən uzun müddətə maliyyələşdiriləcək. Onlara həmçinin texniki yardım da göstəriləcək", - deyə R.Pitersen qeyd edib.

İştirakçı ölkələr üçün proqramın büdcəsi 30 mln ABŞ dollarıdır. Yardım həmçinin kredit xətti və kapitalda iştirak şəklində göstərilə bilər.

Xəbər lenti

Xəbər lenti