...

RI INIESTMENT ÜÇÜN QAZMA AVADANLIQLARI AZƏRBAYCANA SENTYABRIN ƏVVƏLİNDƏ GƏTİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2005 16:02 (UTC +04:00)

RI Investment Services Grour LLC şirkəti üçün qazma avadanlıqları Avropadan Azərbaycana cari ilin sentyabrın 5-7-də gətiriləcək. Bu avadanlıqlar Ordubadda və Gədəbəydə qızıl yataqlarında qazma işlərinin aparılması üçün nəzərdə tutulub.

Ordubad rayonunda qızıl yataqlarıının qazılması üzrə işlər başlandıqdan sonra Piyazbaşı və Şəkərdərədə yeni qızıl mədənlərinin yaradılması planlaşdırılır. Onların maliyyə gücü ildə 250 min unsiyadır.

Yerli mütəxəssislər, geoloqlar, mühəndislər xüsusi kurslar keçdikdən sonra müəssisədə işə qəbul olunacaqlar. Ümumiyyətlə, işə 500-700 nəfər işçi götürüləcək.

Mədənlərin yaradılması üzrə işlərin birinci mərhələsində maliyyə vəsaiti $50 mln məbləğində nəzərdə tutulur. İlkin hesablamalara görə, onların istismara verilməsinə isə təxminən $600 mln vəsait tələb olunur.

2007-ci ilin III kvartalında Azərbaycanda yeni qızıl mədənlərinin istismara verilməsi planlaşdırılır.

1997-ci il avqustun 21-də "Azərqızıl" (ləğv edilib və onun funusiyaları İqtisadi İnkişaf Nazirliyinə verilib) dövlət konserni ilə R.I. Investment Group Services LLS (51%-i Azərbaycan, 49% -i isə Amerika tərəfi) arasında bağlanmış müqaviləyə görə, 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis ehtiyatı olan Azərbaycanın 9 qızıl yatağını işləmək nəzərdə tutulub. Lakin Zəngilan və Kəlbəcər rayonlarındakı 3 yataq ("Qızılbulaq","Söyüdlü", "Vejneli") Ermənistanın işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti