...

VERGİLƏR NAZİRLİYİNDƏ 300 CİNAYƏT İŞİ AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2005 15:41 (UTC +04:00)

Cari ilin ilk yarım ili ərzində Vergilər Nazirliyində 300 cinayət işi açılıb. Trend in məlumatına görə, bu barədə Vergi cinayətlərinin ilkin təhqiqatı Departamentinin rəisi Nurəli Məmmədov sentyabrın 1-də mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 2,1 dəfə çoxdur.

Qaldırılmış 300 cinayət işindən 67-si məhkəməyə verilib.

Qeyd edək ki, prezidentin "Azərbaycanda antiinhisar tədbirlərinin gücləndirilməsi barədə" fərmanına müvafiq olaraq Vergilər Nazirliyinə vergidəçn yayüınma hallarına qarşı mübarizəni gücləçndirmək və öz səlahiyyətləri çərçivəsində bununla əlaqədar zəruri tədbirlər görmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti