...

2006-cı ilin dövlət büdcəsindən 2,2 milyon manat əlillərin sosial müdafiəsinə xərclənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2005 19:27 (UTC +04:00)

"2006-cı ildə nəzərdə tutulub ki, əlillər üçün Bakı şəhərində 36 mənzilli dörd mərtəbəli yaşayış binası tikiləcək". Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.

S.Müslümov onu da bildirib ki, bundan əlavə Qazax, Bərdə, İmişli, Sabirabad, Salyan, Tərtər və Şamaxı rayonlarında 16 mənzilli iki mərtəbəli, Biləsuvar rayonunda 20 mənzilli ikimərtəbəli, kənd yerlərində isə fərdi yaşayış mənzillərinin tikintisi nəzərdə tutulub.

S.Müslümov DSMF-nun 2006-cı il dövlət büdcəsindən sığorta olunanların sanatoriya-kurort müalicəsi, sağlamlaşdırılma tədbirləri, məşğulluq tədbirləri və məşğulluq orqanlarının saxlanması tədbirləri, əlillərin sosial müdafiəsi tədbirləri və digər xərclər 26,3 milyon manat təşkil edir. Bu həcmdən 2,2 milyon manatın əlillərin sosial-müdafiəsi tədbirlərinə zönələcəyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti