Fevralın 1-də Baku Steel Company (BSC) yanvarın ortalarında dayandırılmış istehsalı bərpa edib. Bu barədə Trend ə şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov bildirib.
Onun sözlərinə görə, yanvarın 31-də istehsala hazırlıq başa çatıb. İstehsalın dayandırılması zamanı zavodda təmir-quraşdırma işləri aparılıb. Şirkətin fəaliyyətinin 2 həftəlik müddətə dayandırılması armaturların istehsalında istifadə olunan xammal ehtiyatının tükənməsi ilə bağlı idi.
Müəssisənin xammalla təmin olunması məsələsinə gəldkdə BSC nümayəndəsi qeyd edib ki, hökumətin yardımı ilə zavodda istehsalı bərpa etmək üçün kifayət qədər xammal var.
O, həmçinin, bildirib ki, istehsalın konkret həcminin nə qədər olacağını demək çətindir, lakin müəssisə hər gün xammalla təmin olunur.
Müəssisədə xammala olan gündəlik tələbat 1 min tondur.
2006-cı ildə Baku Steel Company istehsalın həcmini 25% artırmağı planlaşdırır. 2005-ci idə bu göstərici 330 min ton təşkil edib.