...

Azərbaycan Yaponiya qrantına 800 ədəddən artıq kənd təsərrüfatı texnikası alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2006 18:00 (UTC +04:00)

Azərbaycan Yaponiya hökumətinin vəsaiti hesabına "Məhsulların istehsal həcminin artırılması" layihəsi çərçivəsində 800 ədəddən artıq kənd təsərrüfatı texnikası alıb. Trend in məlumatına görə, bu barədə fevralın 8-də Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov 2005-ci ilin martında Yaponiya ilə Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanan qrant razılaşması çərçivəsində alınan texnikanın təqdim edilməsi mərasimində bəyan edib.

Yaponiyanın Sampo şirkətindən $1 mln 820 min dəyərində 25 kombayn alınıb.

Texnikanın alınması üzrə tender prosedurası 2005-ci ilin iyulunda Yaponiyada keçirilib.

Nazirin sözlərinə görə, ümumilikdə Yaponiya hökumətinin qran yardımı çərçivəsində $23,68 mln məbləğə 213 traktor, 232 taxılyığan maşın, 186 yerşumlayan maşın və o qədər də toxumsəpən maşın alınıb.

Ayrı-ayrı dövrlər üzrə Yaponiya hökuməti tərəfindən maliyyə yardımı aşağıdakı kimidir: 1997-ci ildə $3,61 mln, 1998-ci ildə $3,74 mln, 1999-cu ildə $3,31 mln, 2000-ci ildə $3,17 mln, 2001-ci ildə $4,29 mln, 2002-ci ildə $3,74 mln və 2005-ci ildə $1,82 mln.

Bu günki tədbirdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tadaxiro Abe, Kənd Təsərrüfatı Nazirliyinin, JICA (Japan International Cooperation Agency), Agrolizing ASC-nin və digər şirkətlərin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti