...

Qırğızıstanda Beynəlxalq Əmək Təşkilatının seminarı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2006 20:19 (UTC +04:00)

İsık-Kulda (Qırğızıstan) mayın 29-dan iyunun 2-dək Beynəlxalq Əmək Təşkilatının "Qafqaz və Mərkəzi Asiya ölkələrində gənclərin məşğuluğunun inkişafı" adlı üçtərəfli seminarı keçiriləcək.

Trend agentliyinin məlumatına əsasən, seminarda həmkarlar ittifaqları və sahibkarların təşkilatları, QHT və Beynəlxalq Əmək Təşkilatı nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak edəcək.

Tədbirin əsas məqsədi sosial tərəfdaşların marifçilik işinin genişləndirilməsi, əmək vərdişləri və qabiliyyətinin təkmilləşdirilməsi, milli proqramın hazırlanması və həyata keçiriləmsi istiqamətində araşdırmaların aparılmasıdır.

Seminarda həmçinin, bu problemlərin həlli, MDB-də peşəkar-texniki təhsil, BƏT-nın bu sahədə siyasəti, gənclərin məşbulluğunun inkişafı ilə bağlı son təşəbbüs üzrə milli proqramın hazırlanması da müzakirə ediləcək.

Seminarın işində Azərbaycan Sahibkarları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti