...

Bakıda Interfood Azerbaijan 2006 sərgisi öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2006 16:12 (UTC +04:00)

Mayın 24-də Bakıdakı Heydər Əliyev adına idman-konsert kompleksində Azərbaycanın 12-ci Beynəlxalq "Qida sənayesi" - Interfood Azerbaijan 2006 sərgisi öz işinə başlayıb. Trend in verdiyi məlumata görə, tədbirin açılışında kənd təsərrüfatı naziri İsmət Abbasov, Azərbaycanın Ticarət-Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, İxracın Təşviqi və İnvestisiya Fondunun rəhbəri Emil Məcidov, Azersun holding-in baş direktoru Rəhmi Yaşar, İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov və digərləri iştirak ediblər.

Açılış zamanı çıxış edən İ.Abasov bu sərgilərin keçirilməsinin ölkələr arasında əməkdaşlığın genişləndirilməsində, müxtəlif ölkələrin sahibkarları arasında yeni əlaqələrin yaranmasında, eləcə də müxtəlif qida məhsullarının istehsalının stimullaşdırılmasında əhəmiyyətindən danışıb.

Mayın 26-na kimi keçiriləcək sərgidə Azərbaycanın 20 şirkəti iştirak edir ki, onlardan 12-si istehsal şirkətidir. 61 şirkətdən 40-ı sərginin iştirakçısı olan 13 ölkədəndir və onlar Almaniya, İtaliya, Türkiyə, Polşa, Şri-Lanka, Hindistan və digər kimi ölkələrdəki istehsalçıları təmsil edir. Ötən illə müqayisədə sərginin sahəsi 30% artıb.

Sərginin əsas bölmələri bunlardır: qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər, dondurulmuş məhsullar və yarımfabrikatlar, kənd təsərrüfatı və bostançılıq üçün avadanlıqlar, restoran və bar avadanlıqları, kənd təsərrüfatı texnikası və ehtiyat hissələri, yem və yem əlavələri, bitkiləri müdafiə vasitələri, tütün və tütün məmulatları, inqrediyentlər və qida əlavələri, qablaşdırma avadanlıqları, soyuducu və ticarət avadanlıqları, becərmə texnologiyaları, seleksiya və toxumçuluq. Ənənəvi bölmələrlə yanaşı sərgidə ilk dəfə olaraq şərabçılıq üçün avadanlıqlar da təqdim olunub.

Sərgi rəsmən Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ticarət -Sənaye Palatası, İxracın Təşviqi və İnvestisiya Fondu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası və Türkiyə Sənayeçilərinin və Azərbaycan biznesmenlərinin Beynəlxalq Assosiasiyası-TUSIAB dəstəkləyir. Sərginin baş sponsoru Azersun holding-dir.

Xəbər lenti

Xəbər lenti