...

Azərbaycan və Türkiyə ekspertləri Gürcüstana gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2006 11:21 (UTC +04:00)

İyunun 12-14-də Azərbaycan və Türkiyə ekspertləri Ankara hesabına Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Gürcüstan üzrə kvotasının artırılması imkanlarını müzakirə edəcək. Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, bu barədə keçirdiyi brifinqdə Gürcüstanın energetika naziri Nika Gilauri bəyan edib.

"Artıq bir ildir ki, biz Türkiyə tərəfi ilə danışıqlar aparırıq və deyə bilərəm ki, bu məsələdə irəliləyiş var", - deyə o bildirib.

N.Gilaurinin sözlərinə görə, rəqəmlər haqqında ekspertlərin görüşü başa çatdıqdan sonra danışmaq mümkün olacaq.

Artıq mövcud sazişə əsasən, Gürcüstan güzəştli şərtlərlə Bakı-Tiflis-Ərzurum qaz kəmərindən ildə 800 mln kub metr qaz ala bilər. Ancaq Gürcüstan üçün bu həcm kifayət deyil və ölkə öz payını ildə 1,5-2 mlrd kub metrədək artırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti