...

Rusiya texnikasını daşıyan eşelon Azərbaycana saat 19:30-da çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2006 18:26 (UTC +04:00)

Bu gün yerli vaxtla saat 19:30-da Rusiya bazasının texnika və silahını daşıyan dəmir yolu eşelonu Gürcüstan-Azərbaycan sərhəddini keçərək Böyük-Kəsik stansiyasına gələcək. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyinin Dövlət Dəmir Yolu idarəsindən (ADDY) xəbər verilib.

ADDY nümayəndələrinin sözlərinə görə, bu eşelon iyunun 14-də Rusiya ilə sərhəd stansiyası olan Yalamada Azərbaycanı tərk edəcək.

Rusiyaya 25 artilleriya yedəkçisi, 13 döyüş kəşfiyyatı və gözətçi maşını, eləcə də onların ehtiyat hissələri aparılır. Eşelon 21 vaqondan ibarətdir. Axalkalakidəki bazadan texnika və silahların çıxarılması prosesi mayın 15-də başlayıb. Bugünkü Azərbaycan ərazisindən keçən 5-ci eşelon olacaq.

Xəbər lenti

Xəbər lenti