...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi "Russkiy alüminiy" ilə danışıqların növbəti raundunu keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2006 17:03 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda alüminium istehsal edən 1 milyard ABŞ dolları dəyərində yeni müəssisə tikməyə hazırlaşan "Russkiy alüminiy" şirkəti ilə danışıqların növbəti raundunu keçirib. Trend in verdiyi xəbərə görə, bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev jurnalistlərə verdiyi müsahibəsində bildirib.

"Onlarla danışıqlar baş tutdu. Biz çox şadıq ki, bəzi məsələlər üzrə qarşılıqlı anlaşma əldə olundu. Lakin onlar hələ generasiya edən şəxsi istehsal obyektlərinin yaradılması barədə düşünmürlər, bu, ən başlıca məsələdir. Biz onlara 10 ildən sonrakı elektrik tariflərinə dair zəmanət verə bilmərik. Onlar enerjinin əldə olunması üçün yandırılan məhsullardan asılı olaraq, bu tarifləri yaratmalı, son məhsulun maya dəyərini də müəyyən etməlidirlər", - deyə H.Babayev qeyd edib.

Nazir bildirib ki, hazırda "RusAl" layihənin dəyərinin hesablanması ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti