...

Maliyyə göstəricilərinə görə MuganBankda artım müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2006 18:19 (UTC +04:00)

2006-ci ilin birinci yarımilinin yekunlarına görə, MuganBankın aktivlərinin ümumi məbləği 30, 8 mln. AZN təşkil edib ki, bu da 2005-ci ilin sonuna olan vəziyyətlə müqayisədə 9,4 mln. AZN və 44% artımdır. Trend banka istinadən xəbər verir ki, müştərilərə verilmiş kreditlərin həcmi 48% (6,7 mln. AZN) artaraq 2006-cı il iyunun 30-da 20,7 mln. AZN təşkil edib.

Müştəri hesablarında vəsaitlərin həcmi 3,8 mln. AZN təşkil edib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 2,5 mln. AZN və ya 187% çoxdur. Depozitlərin ümumi məbləği 9,3 mln. AZN təşkil edib.Bü göstərici 0,7 mln. AZN və 8% artıb.

Bankın məcbu kapitalı 7,9 mln. AZN-yə çatıb ki, bu da ötən ilki göstəricidən 1 607 min AZN və ya 25% çoxdur.

Vergi qoymadan əvvəl bankın gəliri 0,385 mln. AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti