...

Vergilər Nazirliyi Bakıda irimiqyaslı reydlərə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2006 18:25 (UTC +04:00)

Bakı Şəhər Vergilər Departamentinin Operativ Nəzarət İdarəsi paytaxtda 350 müfəttişin iştirakı ilə irimiqyaslı operativ reydlərə başlayıb. Trend agentliyinin məlumatına əsasən, bugünkü mətbuat konfransında idarənin rəisi Habil Məmmədov deyib ki, nəzarətin gücləndirilməsinin əsas məqsədi nəzarət-xəzinə aparatları vasitəsilə əhalilə qarşılıqlı hesablaşmanı nizamlamaqdır.

Bu reydlər müddətsiz xarakter daşıyır və obyektlərdə əhaliyə çek verilənə qədər davam etdiriləcək. Bundan əlavə, eyni obyektdə dəfələrlə yoxlama aparıla bilər. Onun sözlərinə görə, ölkənin digər regionlarında nəzarət adi qaydada həyata keçiriləcək.

İyulun 1-nə olan vəziyyətə görə, respublika üzrə 64 030 nəzarət-xəzinə aparatı tədbiq olunub ki, bunun 22 046-sı Bakının payına düşür. Görülən tədbirlər nəticəsində iri obyektlərdə və yanacaq doldurma stansiyalarında əhalilə qarşılıqlı hesablaşmalar üzrə vergi qanunvericiliyinin pozulması faktalrının sayı azalıb.

Xəbər lenti

Xəbər lenti