...

Qazaxıstan yüklərin konteynerləşdirilməsi proqramını qəbul etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 15:35 (UTC +04:00)

Nümayiş konteyner qatarı işə salınıb və Gürcüstan, Azərbaycan və Qazaxıstanı qət edərək Almatıya çatıb. "Bu, müsbət təcrübədir. Yaxın vaxtlarda konteynerə yararlı yüklər toplandıqda qatarı yenə reysə buraxacağıq" - deyə, Trend in xüsusi müxbirinin yaydığı məlumata əsasən, Qazaxıstanın nəqliyyat naziri Askar Mamin Azərbaycan, Gürcüstan və Qazaxıstan nəqliyyat nazirlərinin Astanada keçirilən iclasında bildirib.

Lakin, onun sözlərinə görə, problemlər hələ qalmaqdadır. Bu, onunla izah olunur ki, Qazaxıstanda konteyner yükləri yaxşı inkişaf etməyib, lakin Qazaxıstan tərəfi bu istiqaməti fəal inkişaf etdirmək niyyətindədir. "Biz bu gün respublikada yüklərin konteynerləşdirilməsi proqramını qəbul edirik. Konteyner qatarı yaxın aylarda işə salınacaq" -deyə A.Mamin qeyd edib.

Hazırda Qazaxıstan yüklərin daşınma tariflərini azaltmağa çalışır. Bu həm dəxili, həm də tranzit yüklərinə aiddir. Xüsusilə də, bu Rusiya, Çin, Ukrayna və Belarusla həyata keçirilən daşınmaya da aiddir.

Xəbər lenti

Xəbər lenti