Bakıya 12 yeni evakuasiya maşını gətirilib. Bu barədə Trend ə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimai qurumlarla iş üzrə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
Artıq həmin maşınlar xəttə buraxılıb və evakuasiya tədbirlərində onlardan istifadə olunur.
Bu maşınların köməkliyi ilə DYP əməkdaşları 28 May və R.Behbudov küçələrində, Bülbül, Azadlıq və Neftçilər prospektlərində "dayanma", "durma", "parklanma" nişanlarını pozan avtomobillər evakuasiya olunub. "Təkcə iyulun 31-də qeyd olunan küçə və prospektlərdə 14 avtomobil evakuasiya olunub. Həmin avtomobillərin sürücülərini müəyyənləşdirmək mümkün olmasa da, avtomobillər cərimə meydançalarına aparılıb" - deyə V.Əsədov söyləyib.
V.Əsədovun sözlərinə görə, evakuasiya tədbirləri gücləndirildiyindən əlavə cərimə meydançalırının istifadəyə verilməsinə zərurət yaranıb. Bu məqsədlə də Respublika Dövlət Yol Polis İdarəsi Nərimanov və Səbayel rayonu ərazilərində yer alıb.