...

TÜSİAB-ın Ukraynaya səfəri başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2006 18:34 (UTC +04:00)

Ukrayna-Türkiyə və Azərbaycan-Ukrayna arasında investisiya imkanları və iqtisadi əlaqələrlə tanışlıq üçün Azərbaycan-Türkiyə müəssisə sahiblərinin və iş adamlarının Beynəlxalq cəmiyyətinin (TÜSİAB) tərkibinə daxil olan şirkətlərin başçıları Kiyev və Odessada işgüzar səfərdə olub.

Trend in TÜSİAB-ın məlumatına istinadən verdiyi xəbərə görə, Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüşdə Tələt Əliyev qonaqlara Ukrayna-Azərbaycan iqtisadi münasibətləri haqqında məlumat verib. O, üç ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün Azərbaycanda yaşayan türk iş adamlarının fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyini qeyd edib.

Türkiyənin Kiyevdəki səfirliyindən ticarət müşaviri Alper Təközlü qeyd edib ki, bu cür işgüzar səfərlər və sərgilərin təşkili Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin inkişafına yardım edir. Digər ölkələrlə müqayisədə bu gün Türkiyə və Ukrayna arasında ticarət dövriyyəsi üstünlük təşkil edir. Türkiyə şirkətlərinin təmsil olunduqları sektorların xüsusi çəkisi, əsasən ərzaq və geyim sahələrinin payına düşür.

Səfər çərçivəsində TÜSİAB-ın nümayəndə heyəti Türkiyənin Ukraynada fəaliyyət göstərən Borsan Elektrik Malzemeleri, Altema, TİS Tourism, Meridian İnternational Scholl, İnternational Servis və s. şirkətlərində də olub.

Xəbər lenti

Xəbər lenti