...

Belarus Azərbaycanda soyuducu buraxmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2006 20:32 (UTC +04:00)

Azərbaycan şirkəti Minsk soyuducu zavodu ilə əməkdaşlıq etməkdə maraqlıdır. Bu şirkət Azərbaycan ərazisində "Atlant" soyuducularının quraşdırma istehsalatının yaradılması təklifi ilə müraciət edib. Trend in BELTA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun sənaye nazirinin müavini Gennadi Sviderski mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tərəflər ilkin danışıqlar aparıb. Layihə Azərbaycanın mövcud kondisioner zavodunun yenidən qurulmasından ibarətdir. İndi ən əsas məsələ digər tərəfin biznes-plan hazırlaması və layihənin öz xərcini çıxara bilməsi üçün bütün risklərin hesablanmasıdır. Bundan başqa, qazax tərəfi həmçinin öz ərazisində soyuducu istehsalını təşkil etmək fikrindədir. Hazırda bu işdə maraqlı olan tərəflər bu təklif üzərində işləyir.

"Xaricdə müəssisələrin yaradılması - yerli müəssisələrin xarici bazarlarda inkişaf və möhkəmlənmə elementlərindən biridir", - deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti