...

Azərbaycanda özəlləşdirmə qaydalarına dəyişiklik edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2006 13:56 (UTC +04:00)

Azərbaycan prezidentinin dövlət əmlakının özəlləşdirilməsi və dövlət müəssisələrinin idarə edilməsi prosesinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında 23 avqust 2006-cı il tarixli sərəncamına müvafiq olaraq dövlət mülkiyyətinin özəlləşdirilməsi qaydalarına dəyişikliklər edilib.

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, bu qərara uyğun olaraq, investisiya müsabiqələrinə çıxarılan səhm paketi 85%-dən 51%-dək azaldılıb. 15% isə əvvəllər olduğu kimi, qapalı abunə yolu ilə əmək kollektivinə verilir.

Prezidentin sərəncamında deyilir ki, səhm paketi investiya müsabiqəsi yolu ilə və ya fərdi layihələr (əmək kollektivinə verilən hissə çıxılmaqla) üzrə satışa göndərildikdən sonra yerdə qalan səhmlər bərabər qaydada bölünməklə pul və ya çek hərraclarına çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti