...

AYİB ticarətin maliyyələşdirilməsi üçün "Bank of Baku"ya əlavə olaraq $2 mln həcmində kredit xətti ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2006 11:29 (UTC +04:00)

Cari il avqust ayının 29-da Avropa Yenidənqurma və Inkişaf Bankı (AYİB) ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün "Bank of Baku"ya əlavə olaraq 2 mln. ABŞ dolları həcmində kredit xəttinin verilməsinə dair qərarını təsdiq edib və bununla da, banka ayırdığı kredit xəttinin ümumi məbləğini 4 mln. ABŞ dollarına çatdırıb. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Qeyd edək ki, "Bank of Baku" AYİB-lə 2004-ci ilin fevral ayından əməkdaşlıq edir. Bu müddət ərzində AYİB-in Banka ayırdığı ümumi kredit məbləği 10.5 mln. ABŞ dolları təşkil edib. Ayrılmış vəsaitlərdən 4 mln. ABŞ dolları ticarətin maliyyələşdirilməsinə, 4.5 mln. ABŞ dolları kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə, 2 mln. ABŞ dolları isə mikrokreditləşməyə yönəldilib.

Xəbər lenti

Xəbər lenti