...

Rusiya-Azərbaycan sərhədində avtomobillərin dezinfeksiyasına başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2006 13:21 (UTC +04:00)

Yaxın günlərdə Rusiya-Azərbaycan sərhədində avtomobillərin dezinfeksiyasına başlanılacaq. Bu barədə Trend ə Azərbaycanın Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Dezinfeksiya tədbirlərinin başlamasına səbəb Rusiyanın 13 məntəqəsində köçəri quşlar arasında quş qripi virusunun aşkarlanmasıdır. Ümumiyyətlə isə, qış mövsumunun yaxınlaşması ilə əlaqədar olaraq quş qripi virusunun yenidən geniş yayılması ehtimalı da güclüdür. Bu səbəbdən Azərbaycan sərhədlərində müvafiq tədbirlərin görülməsi də sürətləndirilir.

Xəbər lenti

Xəbər lenti