...

Yeni "İpək yolu" gömrük postu istismara verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2006 12:32 (UTC +04:00)

Oktyabrın 6-da Azərbaycan Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin yeni "İpək yolu" gömrük məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Trend in DGK-ya istinadən xəbər verdiyi kimi, postun açılışında çıxış edən komitə sədrinin müavini Səfər Mehdiyev bildirib ki, yaxın gələcəkdə Azərbaycanın iqtisadiyyatı müvafiq dövlət orqanları, xüsusilə DGK-nın səyləri nəticəsində inkişaf edəcək.

"Bu cür obyektlərin yaradılması istehlak bazarının keyfiyyətsiz mallardan qorunmasına, öz növbəsində istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edəcək", - deyə mərasimdə iştirak edən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov qeyd edib.

Yeni "İpək yolu" gömrük postu və laboratoriyası ən yeni avadanlıqlarla təchiz olunub və dünya standartlarına cavab verir.

Xəbər lenti

Xəbər lenti