...

Bakıda kredit ittifaqlarının fəaliyyətinə həsr olunmuş konfrans keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2006 14:16 (UTC +04:00)

Oktyabrın 27-də Azərbaycan kredit ittifaqları Assosiasiyası təşkilatın ölkənin sosial və iqtisadi həyatındakı roluna həsr olunmuş seminar keçirəcək. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Proqram ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilir. Tədbirdə parlamentin İqtisadi Siyasət Komissiyasının sədri Ziyad Səmədzadə, qiymətli kağızlar üzrə Dövlət komitəsinin sədri Gündüz Məmmədov iştirak edəcək.

Konfransda beynəlxalq kredit ittifaqları gününün keçirilməsi, bu ittifaqların Azərbaycanın sosial və iqtisadi həyatında rolu haqqında məlumatların ictimaiyyətə çatdırılması, biznesin inkişafı üçün kredit ittifaqlarının yaradılmasının vacibliyi və digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti