...

Bank Respublika Avropa Bankının növbəti kredit xəttinə yiyələnib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2006 13:11 (UTC +04:00)

Bank Respublika Avropa İnkişaf və Yenidənqurma Bankının (EBRD) 2 milyon ABŞ dolları həcmində növbəti kredit xəttini bütövlüklə əldə edib. Trend bildirib ki, bu haqda bankın məlumatında deyilir.

Bu kredit xəttinin açılması haqqında saziş 2006-cı il 20 mayda Londonda imzalanıb. Bu kredit xətti çərçivəsində Bank Respublika kiçik və orta biznes sferasındakı müxtəlif şirkətlərə kredit ayırıb. Kredit müddəti 4 ilə kimidir.

Bank Respublika Avropa İnkişaf və Yenidənqurma Bankı ilə 2004-cü ildən əməkdaşlıq edir. İmzalanan razılıqlar nəticəsində Bank Respublika üçün EBRD tərəfindən ayrılan xəttlərin həcmi 12,7 milyon ABŞ dollarıdır.

Bu məbləğdən 5 milyon ABŞ dolları kiçik və orta biznesin kreditləşməsi proqramı üzrə , 2,2 milyon ABŞ dolları mikrokreditləşdirmə proqramı, 5.5 milyon ABŞ dolları ticarəti maliyyələşdirmə proqramı üzrə ayrılıb.

Bank Respublika eyni zamanda Asiya İnkişaf Bankı, Hollandiya Maliyə İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, Qaradəniz Ticarət və İnkişaf Bankı, DEG İnvestisiya Şirkəti, Bankgesellschaft Berlin, Raiffeisen, Commerzbank, Sahibkarlığa Yardım Milli Fondu, Azərbaycan Hipoteka Fondu və digər maliyyə təşkilatları ilə əməkdaşlıq edir.

Bank Respublika üçün müxtəlif maliyyə institutları tərəfindən açılan xəttlərin ümumi həcmi 65 milyon ABŞ dolları üstələyib ki, bu da bankın müştərilərə uzunmüddətli biznes kreditlərin təklif edilməsi və ticarət maliyyələşdirilməsi üzrə xidmətin daha əlverişli şəraitdə göstərilməsi imkanını genişləndirir.

Xəbər lenti

Xəbər lenti