...

Tovuz Şərab-2-nin səhmləri investisiya müsabiqəsinə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2006 14:51 (UTC +04:00)

Azərbaycan Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi bu gün Tovuz Şərab-2 SC-nin 30,01% səhmləri (99,586 səhm) ilə bağlı investisiya müsabiqəsinin keçirilməsi haqqında elan verib. Dövlət Komitəsinə istinadən Trend məlumat verir ki, bu pul auksionunda satılmayan səhmlərdir.

Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilər. Müsabiqə iştirakçılarının ərizələri 2006-cı il dekabrın 25-dən qəbul olunacaq. Daxil olan təkliflərin qiymətləndirilməsi dekabrın 26-dan başlanacaq.

İnvestorlar üçün şərtlər şirkətin fəaliyyəti, onun maliyyə vəziyyəti, investisiya proqramı, dövlət büdcəsinə köçürmələr üzrə təklif və s. haqqında məlumatların təqdim olunmasıdır.

Müsabiqədə iştirakın şərti 10 min AZN-ı bank zəmanəti kimi köçürmək və ya verməkdir.

Üzümün ilkin emalı, şərab və konyak məhsullarının istehsalı və satışı ilə məşğul olan SC-nin nizamnaməyə uyğun kapitalı 663.626,20 AZN səviyyəsində elan edilib. Nominal qiyməti 2 AZN olan buraxılmış səhmlərin sayı 331.813-dür. Səhmlərin ümumi nominal məbləği 199.172 AZN-dir.

Xəbər lenti

Xəbər lenti