...

Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri regional layihələrin müzakirəsində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2006 10:27 (UTC +04:00)

Dekabrın 18-19-da İranda subregional nəqliyyat layihələrinin müzakirəsi ilə bağlı görüş keçiriləcək. Görüşdə Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak edəcək. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Görüş çərçivəsində nəqliyyat sahəsində regional layihələrin həyata keçirilməsinin gedişi, o cümlədən regionda nəqliyyat sahəsində gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti