...

"Azərsu" SC yanvar-noyabr aylarında istehlakçılara 450 mln. m3 su tədarük edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2006 15:19 (UTC +04:00)

2006-cı ilin yanvar-noyabr aylarında istehlakçılara 455 mln. kub/metr həcmində su tədarük edilib, 293 kub/metr yağış (çirkab) suları isə utilizasiya olunub. Trend bildirir ki, bu barədə dövlət başçısı İlham Əliyevin sədrliyi altında qış mövsümünə hazırlıq işləri ilə əlaqədar keçirilən iclasda "Azərsu" SC-nin rəhbəri Nizaməddin Rzayev bildirib.

N.Rzayevin sözlərinə görə, bu dövrdə 42,7 mln. manat həcmində tikinti-quraşdırma işləri aparılıb ki, bu məbləğin 39 mln. manatı dövlət büdcəsinə aiddir.

Bakıda və respublikanın digər regional mərkəzlərində 237,7 km. su kəməri, 112,3 km. kanalizasiya xətti çəkilib.

9850 kub/metr tutumlu 15 su anbarı tikilib, 82750 kub/metr tutumlu 13 su anbarı isə bərpa edilib.

Su təchizatının yaxşılaşdırılması məqsədilə 12 suqəbuledici qurğu, 7 yeni nasos stansiyası və 3 yeni kanalizasiya-nasos stansiyası alınıb.

Balakən, Zaqatala, Qax, Şəki və başqa rayonlarda 54 artezian və subartezian quyu qazılıb.

Xəbər lenti

Xəbər lenti