...

Qərbi Qazaxıstanda Azərbaycan şirkətlərinin maraqlarının təmsil olunması üçün vahid nümayəndəliyin açılması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 15:41 (UTC +04:00)

Astanada Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və İxracat və İnvestisiyaların Təşviqi Azərbaycan Fondu (AZPROMO) tərəfindən təşkil olunmuş Azərbaycan-Qazaxıstan biznes-forumu keçirilib.

AZPROMO-ya istinadən Trend xəbər verir ki, tədbirdə 30-a qədər Azərbaycan və 40 Qazaxıstan binesmeni, habelə hər iki ölkənin rəsmi şəxsləri iştirak edib. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev çıxışı zamanı bildirib ki, Azərbaycan iqtisadiyyatı əməkdaşlıq üçün açıqdır. Nazir Qazaxıstan şirkətlərini Azərbaycana dəvət edərək iki ölkə arasında əməkdaşlıq üçün mövcud olan əlverişli perspektivlər bardə məlumat verib. Onun fikrincə, Qazaxıstan və Azərbaycan şirkətləri üçüncü bazarlarda da səmərəli tərəfdaşlıq münasibətləri yaratmağa qabildirlər.

Biznes-forumda Qərbi Qazaxıstan nümayəndələri 2007-ci ilin ortalarında Bakıya dəvət olunublar. Bundan başqa, əsasən qida məhsulları və tikinti sahəsində bir neçə Azərbaycan şirkəti Qərbi Qazaxıstanda vahid nümayəndəliyin açılması üçün ilkin razılıq əldə edib. Bu işdə kömək üçün şirkətlər "AZPROMO"-ya müraciət ediblər. Nümayəndəlbyin əsas məqsədi Azərbaycan şirkətlərinin marağının həmin ölkədə təmsil olunması olacaq.

Xəbər lenti

Xəbər lenti