...

BMK AGBankın tamhüquqlu səhmdarı oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2006 18:53 (UTC +04:00)

Beynəlxalq maliyyə korporasiyası (IFC) Azərbaycan səhmdar -investisiya bankının (AGBank) 1 470 000 AZN məbləğində 735 000 səhmini alıb. Trend bankın məlumatına istinadən xəbər verir ki, bir səhmin nominal dəyəri 2 AZN-dir.

Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı fond birjasında açıq iltizam üsulu ilə həyata keçirilib. Bu saziş üzrə BMK-nın brokeri cari ildə öz kapitalının 17,5%-lik payının korporasiyaya satılması haqqında saziş bağlamış AGBank idi. Yeni səhmlərin yerləşdirilməsinin tamamlanması üzrə bankın ödənilmiş nizamnamə fondu 9 000 000 AZN-ə çatacaq. Hazırda AGBankın nizamnamə fondu 7 200 000 AZN, məcmu kapitalı isə 10 408 620 AZN təşkil edir.

Hələ 17,5% paketin Asiya inkişaf bankına satılması məsələsi açıq qalıb. Həmin bankla danışıqlar BMK ilə paralel olaraq aparılıb.

Xəbər lenti

Xəbər lenti