...

Gürcüstanın TBC bankı Azərbaycan banklarından birini alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2007 13:52 (UTC +04:00)

Gürcüstanın TBC bankı Azərbaycanda bank almaq niyyətindədir. Bu barədə Trend in xüsusi müxbirinə TBC qruplarının prezidenti Mamuka Xəzərzadə bəyan edib.

"Bizim üçün Azərbaycanıın maliyyə bazarı maraqlıdır və biz fəaliyyətimizi Azərbaycanda da genişləndirməyə qərar verdik", deyə o, qeyd edib.

Maliyyə qrupunun prezidenti Bakıda bankın əldə olunması ilə bağlı danışıqların demək olar ki, başa çatdığını və bu yaxınlarda nəticənin ictimaiyyətə açıqlanacağını bəyan edib. Lakin prezident danışıqların aparılıdğı Azərbaycan bankının konkret adını açıqlamaqdan imtina edib.

"Biz bir çox yeniliklərimiz, yüksək inkişaf etmiş marketinqimiz var və bu göstəriciyə görə, regionda liderik. Buna görə də bizim Azərbaycana getmək və biznes təklif etmək üçün hər şeyimiz var" - o, deyib.

O qeyd edib ki, TBC bankı Orta Şərqdə biznesin inkişafı üçün investisiyaları cəlb etmək niyyətindədir.

"Biz artıq bankımıza birbaşa investisiya yolu ilə 20 milyon qoymaq niyyətində olan İsrailin "Lemumi" bankı ilə saziş bağlamışıq. Bankın inkişafına yönəldilən bu məbləğ bank səhmlərinin bir hissəsinin alınmasına və Azərbaycanda bankın alınmasına sərf olunur. Biz Azərbaycanı orada olan biznes perspektivlərinin mövcudluğuna görə seçmişik. Erməni bankları isə bizim üçün hələlik heç bir maraq kəsb etmir və həmin dövlətdə analoji siyasət aparmaq niyyətində deyilik" - deyə o, qeyd edib.

"TBC-Bank" 1992-ci ildə yaradılıb və Gürcüstanın iki ən böyük banklarından biridir. Onun payında dövlətin bütün bank sektorunun 30% aktivi var. 2006-cı il noyabrın 1-nə olan məlumatlara əsasən, "TBC-Bank"ın aktivləri - GEL 910.150.797 (ABŞ 524.600.000), öhdəçiliyi - GEL 798.668.125 (ABŞ 460.300.000), səhmdar kapitalı - GEL 111.482.672 (USD 64.300.000) təşkil edib. Bankın səhmdarları arasında IFC, DEG gürcü fiziki şəxsləri var.

Xəbər lenti

Xəbər lenti