...

Yanvar ayında bank aktivləri və passivləri azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend İ.Xəlilova/ Azərbaycanın Milli Bankından verilən məlumata görə fevralın 1-nə qədər ümumi bank aktivlərinin həcmi 3668,2 mln, manat təşkil edərək ilin əvvəli ilə müqayisədə 2,9% azalıb. Aktivlərin azalması müxbir hesabları (37,5%) və nağd vəsaitlər (10,4%) hesabına baş verib.

Ümumi aktivlərin 192,6 mln. manatını (5,3%) nağd vəsaitlər, 454,8 mln manatını (12,4%) müxbir hesabları, 193,6 mln manatını (5,3%) maliyyə sahəsinə kredit, depozit və digər ayırmalar, 2253 mln manatını (61,4%) müştərilərə verilmiş kreditlər təşkil edib. Burdan 241,4 mln manat (6,6%) investisiyaların, 332,7 mln manat (9,1%) isə digər bank aktivlərinin payına düşüb.

Hesabat dövründə bank passivləri 3668,2 mln manat olub. Burda azalmalar isə öhdəliklər hesaına (4,5%) baş verib. Ümumi passivlərin 3032,6 mln manatı (82,7%) öhdəliklər, 625,6 mln. manatı isə vəsaitlərin payına düşüb.

Xəbər lenti

Xəbər lenti