...

İqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının yeni tərkibi təsdiq olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Respublikasının prezidentinin sərəncamına əsasən İqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının yeni tərkibi təsdiq olunub. Sərəncamda hökumətlərarası komissiyaya iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərlik edəcəyi göstərilib.

Komissiyanın tərkibinə xarici işlər, təhsil, nəqliyyat, mədəniyyət və turizm, kənd təsərrüfatı, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, səhiyyə nazirlərinin müavinləri, Gömrük Komitəsinin, Milli Bankın, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sədr müavinləri, Azərbaycanın Yunanıstandakı səfiri, Maliyyə Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri daxildir.

Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyası 2003-cü ildə yaradılıb. Komissiyanın tərkibində edilən dəyişikliklər barədə Yunanıstan tərəfini xəbərdar etmək üçün Xarici İşlər Nazirliyinə göstəriş verilib.

Yeni tərkibli komissiyanın ilk iclası mart ayının 14-16-da Yunanıstanda keçiriləcək. Hazırda tərəflər arasında keçiriləcək iclasın gündəliyi və protokolu razılaşdırılır.

Xəbər lenti

Xəbər lenti