...

Novruz bayramı üçün Azərbaycanın ərzaq bazarında qiymətlər 6% artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 13:33 (UTC +04:00)

Azərbacan,Bakı/müxbir Trend Ü.İsmayılova/Novruz bayramı üçün Azərbaycan ərzaq bazarlarında qiymətlər 6 faiz artacaq. Bu barədə bu gün Azərbaycanın Azad İstiehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

"Bu hələ ən qorxulusu deyil, belə ki, bu 6 faiz gələcəkdə də aşağı düşməyəcək", - deyə o bildirib.

2006-cı ildə Novruz bayramı üçün qiymətlər minimum 10-12 faiz artıb və artmaqda davam edib.

Yanvarın 8-də Tarif Şurası tərəfindən enerji daşıyıcıları və kommunal xidmətlərə olan qiymətlərin artırılmasından sonra bütün istehlakçı məhsullarının qiymətləri ölkə üzrə orta hesabla minimum 12 faiz artıb.

Hüseynovun sözlərinə görə, yaxın vaxtlarda bütün istehlakçı məhsullarının qiymətlərinin təbii olaraq orta hesabla 8 faiz artması gözlənilir.

Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi qanunu 1995-ci ildə qəbul olunub. Birlik istehlakçı bazaralarında monitorinqlərin keçirilməsi, bazardan istifadəyə yararsız və təhlükəli olan məhsulların çıxarılması ilə məşğul olur. Birlik həmçinin Avropa İttifaqının istehlakçıların hüquqları ilə məşğul olan komissiyası ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti