...

İdarə heyəti sədrinin müavini: "Milli Bank inflyasiyaya təsir edən amilləri önləməyə çalışır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ 2007-ci ildə Azərbaycanda illik inflyasiyanın 7-9 faiz olacağı proqnozlaşdırılıb. Bu barədə çərşənbə axşamı Bakıda Milli Bankın İdarə heyəti sədr müavini Rüfət Aslanlı məlumat verib.

R.Aslanlı qeyd edib ki, Milli Bankın hesablamalarına və beynəlxalq təşkilatların rəyinə görə, son qiymət artımının inflaysiyaya birbaşa təsiri 4 faiz olacaq: "İllik inflyasiya ilə bağlı Milli Bankın rəsmi mövqeyi isə ötən ilin sonlarında elan olunub. Həmin sənəddə orta illik inflyasiya göstəricisinin 7-9 faiz olacağı proqnozlaşdırılıb. Bu, bizim qarşımızda qoyulan bir hədəfdir. Doğrudur, büdcə xərcləri, qiymət dəyişiklikləri və sair bu proqnoza müəyyən qədər təsir göstərə bilər. Hazırda Milli Bank hesablamalarini davam etdirir. Buna baxmayaraq, hələ də 7-9 faizlik inflyasiya koridoru hədəfimiz dəyişməyib."

Onun sözlərinə görə, bütün dünyada mərkəzi banklar müxtəlif vasitələrlə bu cür amillərin inflyasiyaya təsirini minimallaşdırmağa çalışırlar. Bu cür alətlər sırasında dövrüyyədəki pul kütləsinin məhdudlaşdırılması, istiqrazların buraxılması və s. alətlər var.

"Azərbaycanın Milli Bankı da bu alətlərdən istifadə edir", -deyə R.Aslanlı əlavə edib.

Xəbər lenti

Xəbər lenti