...

Mart ayında brokerlərin renkinqinə "Standart Kapital" başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 21:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend İ.Xəlilova/ Mart ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istina olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Standart Kapital" başçılıq edir. Şirkət 6 müştəriyə ümumi dəyəri 37.702 mln. AZN olan broker xidmətləri göstərib. Bu bardədə BFB-nin məlumatında göstərilib.

İkinci yeri 7 müştəriyə ümumi həcmi 30.313 mln. AZN olan broker xidmətləri göstərmiş "Texnika Kapital Menejment" tutub. Üçüncü yerdə isə 7.807 mln. AZN-lə "İnternational Transajtion Systems" qərarlaşıb.

Mart ayında brokerlərin renkinqində (sıralanmasında) birinciliyə iddia edən məbləğin səviyyəsi fevral ayı ilə müqayisədə aşağı düşüb. Belə ki, fevral ayında göstərilmiş broker xidmətlərinin öndə gedən məbləği 41.886 mln. AZN təşkil edib. Bundan başqa, mart ayında xidmət göstərmiş brokerlərin sayı artaraq 5-dən 7-ə çatıb.

2007-ci il mart ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə yeri Xidmətlərin həcminə görə yer Brokerlərin adları Müştərilərin sayı Müştərilərin sayı Əməliyyatlarının həcmi(AZN)
1 1 (-) "Standard Kapital" 6 6 37.701.906,22
3 2 (^) "Texnika Capital Menagment" 4 7 30.312.803,88
2 3 (Ў) " International Transaction System " 1 1 7.806.755,10
5 4 (^) "AtaBank" 1 1 809.770,56
- 5 (-) "Azəriqazbank" - 2 800.365,80
- 6 (-) "UniBank" - 1 498.071,56
- 7 (-) "YapiKredi Bank Azerbaijan" - 1 5.209,32
Xəbər lenti

Xəbər lenti