Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova /Azərbaycan-Koreya biznes-forumu aprelin 24-də Seulda keçiriləcək. Bu barədə AZPROMO-nun sədri Emil Məcidov məlumat verib. Forum Azərbaycan prezidenti İlham Əliyevin Koreyaya rəsmi səfəri çərçivəsində baş tutacaq.
Forumda iştirak üçün Azərbaycan nümayəndə heyətinə tikinti, kimya sənayesi, maliyyə sahəsi, elektronika, avtonəqliyyat, kənd təsərrüfatı, mebel sahəsində ixtisaslaşmış 40-dan yuxarı iş adamı daxil olacaq.
E.Məcidovun sözlərinə görə, bu, iki ölkə iş adamalarının 5-ci görüşü olacaq. Bu görüşün nəticəsində əsas etibarı ilə avadanlıqların alınması ilə bağlı 5 müqavilənin imzalanacağı gözlənilir. "Biz onlara müəyyən xüsusi və ekzotik kənd təsərrüfatı məhsulları satmağa çalışacıyıq",-deyə AZPROMO rəhbəri söyləyib.