...

Azərbaycanın Gəncə şəhərində yeraltı keçidlər təmir edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Azərbaycanın Gəncə şəhərində olan yeraltı keçidlər təmir edilir. Bu barədə məlumatı Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədov verib.

Onun sözlərinə görə, Gəncədə olan üç yeraltı keçiddən hələlik biri təmir olunur. Gələcəkdə digərlərinin də təmirinin nəzərdə tutulduğunu deyən Məmmədov əlavə edib ki, hazırda şəhərin Şah İsmayıl Xətai prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən keçidin təmir işlərinə başlanılıb. Bunun üçün 50 min manatdan artıq vəsait xərclənəcək. İşlər şəhərin abadlaşdırılması çərçivəsində aparılacaq.

Məmmədov qeyd edib ki, keçid Gəncənin memarlıq üslubuna tam cavab verəcək. Burada su sızmasının qarşısını almaq üçün su nasosu, işıqlandırma sistemi yenidən qurulacaq. Həmçinin Gəncənin tarixini əks etdirən rəsm əsərləri əks olunacaq.

Xəbər lenti

Xəbər lenti