...

BSŞ və aktuari Azərbaycanın sığorta bazarında aktuar uçotunun tətbiqini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bazar ertəsi günü Beynəlxalq Sığorta Şirkətində (BSŞ) qurumun İdarə Heyətinin sədr müavini Ruslan Həsənbəyovun sığorta sahəsində praktiki aktuar təcrübə ilə məşğul olan Kanada şirkətinin nümayəndəsi Jan-Noel Martino ilə görüşü keçirilib. Şirkətdən verilən məlumata görə, Martino Bakıya ACDI/VOCA xətti ilə gəlib.

Görüş əsnasında Azərbaycanın sığorta bazarında aktuar uçotun tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrin yekunu olaraq Beynəlxalq Sığorta Şirkətinin gələcək aktuarilərinin treninqlər məqsədilə ACDI /VOCA -ya göndərilməsinə dair qərar qəbul edilib.

Qeyd edək ki, Martino Bakıya aprelin 24-də ikihəftəlik səfərə gəlib. Məqsəd burada ACDI /VOCA xətti üzrə aktuar işlərinin inkişafı sahəsində məsləhətləşmələr aparmaqdır.

Xəbər lenti

Xəbər lenti