Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Cümə günü Azərbaycan və Macarıstan "İnvestisiyaların təşviqi və birgə qorunması" və "Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Macarıstanın İqtisadiyyat və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq haqqında" iki hökumətlərarası saziş imzalayıb. Bu barədə nazirlikdən məlumat verilib.
İmzalanma mərasimi Bakıda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində xarici işlər naziri Kinqa Qertsin başçılığı altında Macarıstan hökumət nümayəndələrinin səfəri çərçivəsində baş tutub.
Nümayəndə heyətinə həmçinin İqtisadiyyat və Nəqliyyat Nazirliyinin dövlət katibi Mitloş Merenqi, Macarıstanın Türkiyə və Azərbaycandakı səfiri İstfand Zabo, XİN dövlət katibinin müavini Lazlo Svıke, baş nazirin müşaviri Zolton Biro, MOL neft-qaz şirkətinin prezidenti Zsolt Xernadi daxildir.
İqtisadi inkişaf naziri Heydər Babayevlə görüşdə iqtisadi əməkdaşlığın istiqamətləri və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.