...

Azərbaycan Gürcüstanın xarici ticarət partnyorları arasında dördüncüdür

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 16:31 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Azərbaycan Gürcüstanın ən iri beş ticarət partnyorlarının sırasına daxildir. Gürcüstanın Statistika Departamentindən verilən məlumata görə, yanvar-aprel ayları ərzində Azərbaycan Gürcüstanın fəal xarici ticarət portnyorları sırasında dördüncü olub.

Yanvar-mart ayları ərzində Azərbaycan Gürcüstanın xarici ticarət portnyorları sırasında üçüncü olub. Bu sıranın dəypişməsi isə Azərbaycanın Gürcüstana ixrac etdiyi qazın azalması ilə əlaqədardır.

Yanvar-aprel aylarında Azərbaycan-Gürcüstan arasında əmtəə dövriyyəsi 141.96 mln. dollar olub.

Xarici ticarət dövriyyəsinə görə lider isə Rusiya olub. Bu ölkə ilə əmtəə dövriyyəsi 236,5 mln. dolar təşkil edib. Rusiyanın ardınca, Tükiyə - 234,809 mln., Ukrayna - 149,998 mln, Almaniya 133,061 mln. dollar əmtəə dövriyyəsi olub.

Xəbər lenti

Xəbər lenti