...

Avropa Bankı yük terminalının Bakı dəniz limanından köçürülməsini maliyyələşdirməyə hazırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2007 12:50 (UTC +04:00)
Avropa Bankı yük terminalının Bakı dəniz limanından köçürülməsini maliyyələşdirməyə hazırdı

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Avropa yenidənqurma və inkişaf bankı (AYIB) Azərbaycan hökumətinə Bakı dəniz limanından yük terminalının yerinin dəyişdirilməsini maliyyələşdirməyi təklif edib. Bu barədə məlumatı İqtisadi İnkişaf Nazirliyindən veriblər.

Bu məsələ iqtisadi inkişaf naziri Heydər Babayevin Kazanda AYIB idarəçilərinin illik toplantısında iştirakı zamanı müzakirə mövzusu olub. Bu niyyət Kazanda danışıqlar və imzalnamış protokolda öz əksini tapıb.

Hazırda Azərbaycanın Nəqliyyat Nazirliyində yeni beynəlxalq ticarət limanının layihəsi hazırlanır ki, burda iştirak da artıq Yaponiya beynəlxalq əməkdaşlıq bankına (JBIC) təklif olunub.

Hökumət limanın tikintisinin bir neçə variantını gözdən keçirir. Qaradağ rayonunda yeni beynəlxalq ticarət limanının (Alyatı) tikiləcəyi güman olunur, Zığda isə kiçik yük limanı yaradılacaq. Burda ekoloji cəhətdən təmiz, məsələn qida məhsullarının boşaldılması üçün 3-4 yan alma körpüsü olacaq.

AYIB həmçinin limanın tikilməsinə də maraq göstərir. Bununla əlaqədar olaraq bank beynəlxalq limanın yerləşməsi ilə bağlı öz təklifini hazılamağı planlaşdırır. Bir neçə il əvvəl Avropa Bankı ilə limanın Hövsaana köçürülməsi ilə bağlı danışıqlar aparılmışdı və bunun üçün bank 50 mln. dollar ayırmağa hazır idi. Amma yekunda danışıqlar uğurla başa çatmadı.

Xəbər lenti

Xəbər lenti