...

Azərbaycan prezidenti 2007-ci il dövlət büdcəsinə düzəlişləri təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2007 15:21 (UTC +04:00)
Azərbaycan prezidenti 2007-ci il dövlət büdcəsinə düzəlişləri təsdiq edib

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan prezidenti büdcə proqnozlarına dəyişikliklər əsasında 2007-ci il dövlət büdcəsinə düzəlişləri təsdiq edib.

2007-ci ilin büdcə gəlirləri üzrə proqnozlara əsasən gəlirlər 435,2 mln. manat artaraq 5 770,9 mln. manat, xərclər 600,2 mln. artaraq 6 314,9 mln. manat təşkil edib. Müvafiq olaraq büdcə defisiti 544 mln. manata qədər artıb ki, bu da ÜDM-in 2,4 faizini təşkil edir.

Vergilər Nazirliyi tərəfindən 260 mln. manat, Dövlət Gömrük Komitəsi tərəfindən 140 mln. manat, xəzinədarlıqdan sərbəst vəsaitlərin idarə olunmasına görə 12 mln. manat, büdcə təşkilatlarının büdcədənkənar əməliyyatları üzrə 15,9 mln. manat, sair gəlirlər hesabına 7,3 mln. manat əlavə vəsait təmin olunacaq.

Təsdiq olunmuş dövlət büdcəsinə vergilərdən əvvəl nəzərdə tutulmuş 2 095 mln. manat əvəzinə 2 195 manat, ƏDV üzrə 990 mln. manat əvəzinə 1 176,4 mln. manat, gəlir vergisi üzrə 550 mln. manat əvəzinə 575 mln. manat, aksizlər üzrə 514 mln. manat (410 mln. manat əvəzinə), gömrük rüsumları üzrə 184 mln. manat (158,5 mln. manat), yol vergisinə görə 18,7mln. manat (18,2 mln. manat), büdcə təşkilatlarının pullu xidmətlərindən 123,3 mln. manat (107,4 mln. manat əvəzinə), dövlət büdcəsindən verilmiş kreditlərdən 12,225 mln. manat (4, 925 mln. manat) vəsait daxil olacaq.

Amma qeyri-vergi gəlirləri üzrə proqnozlar 255 mln. manatdan 142,4 mln. manata qədər azalıb.

İlk dəfə olaraq dövlət büdcəsinə vahid xəzinədarlıq hesabında qalmış 12 mln. manatın idarə olunmasından alınan vəsaitlər də daxil edilib.

Xərclər strukturunda ictimai dövlət ehtiyacları üçün 514 mln. 8942 min manata, müdafiə üçün 812 mln. 922,4 min manata, təhsil üçün 757 mln. 739,8 min manata, səhiyyə üçün 278 mln. 745,2 min manata, sosial müdafiə və sosial təminat üçün vəsaitlərin 612 mln. 788,5 min manata qədər artırılması planlaşdırılıb. Bununla yanaşı, dövlət kapital qoyuluşlarına vəsaitlərin 1 940,9 mln. manata qədər artırılması nəzərdə tutulur ki, bunun da 1915,4 mln. manatı investisiyalar üçün nəzərdə tutulub. "Avtomobil yolları" məqsədli büdcə fonduna 98 mln. manat, ehtiyat fonduna 154, 642 mln. manat, Prezidentin ehtiyat fonduna 114 mln. manat və büdcə ehtiyat fonduna 40, 642 mln. manat vəsait nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti