...

Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri Avropa nəqliyyat nazirlərinin konfransında iştirak ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri Avropa nəqliyyat nazirlərinin konfransında iştirak ediblər. Bu barədə Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.

Azərbaycanı konfransda nazirliyin şöbə müdiri Cavid Nəcəfov, "Avtonəqliyyatservis" departamentinin rəhbəri Çinqiz Baxşiyev və bu departamentin əməkdaşı Yaqub Novruzəliyev təmsil edib.

Sessiyada infrastrukturun inkişafı, hərəkət və intermodal daşımaların idarəedilməsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Konfrans Sofiyada keçirilib.

Xəbər lenti

Xəbər lenti