...

Azərbaycan hökuməti ipoteka kreditləşməsi üçün əlavə maliyyənin ayrılması imkanlarını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2007 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Yaxın zamanlarda hökumət ipoteka kreditləşməsi üçün dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılmasını müzakirə edəcək. Bu barədə Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, 2006-cı ilin büdcəsindən bu il üçün ümumi məbləği 52,4 mln. manat olan 1400 ipoteka krediti verilib. Ümumiyətlə, AİF-in resursları 46 mln. manat təşkil edir. Lakin alınan faiz və qaytarılan vəsaitlər hesabına ümumi maliyyələşdirməni artırmaq mümküq olub. Sosial ipoteka üzrə isə 2,3 mln. manatlıq 74 kredit ayrılıb.

"Zənnimcə, əlavə resurslar ayrılacaq. Bununla əlaqədər baş nazirə müraciət etmişik. Lakin hökumət hələlik məsələni müzakirə etməyib. Narahatçılıq üçün əsas yoxdur, çünki kreditlərin ayrılması və ilkin maliyyələşmə arasında sənədlərin baxılması ilə bağlı zaman fərqi var. Banklar ipoteka kreditləşməsini davam etdirə biləcəklər və əmin ola bilərlər ki, ayırdıqları kreditlər tamamilə hökumət tərəfindən maliyyələşdiriləcək" - deyə Rüstəmov bildirib.

Onun sözlərinə görə, ipoteka kreditləşməsinin bölgələrdəki inkişafı ilə əlaqədər hazırda AİF-in Naxçıvandakı filialının açılması istiqamətində səylər göstərilir.

Ümumilikdə bu gün ayrılan ipoteka kreditlərindən bölgələrin payna 97 kredit düşür.

Kreditlərin respublika üzrə orta göstəricisi 6 faiz, verilmə müddəti 20 il, mənzilin sahəsi 60 kv.m., alıcının orta yaş həddi isə 30 il təşkil edir.

Xəbər lenti

Xəbər lenti