...

Azərbaycanlı sahibkarlar "Xarici bazarlara çıxış" sərgisində iştirak edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan sahibkarları Afinada keçirilən "Xarici bazarlara çıxış" adlı sərgidə iştirak edirlər. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin (İİN) yaydığı məlumatda bildirilir.

İyunun 24-dək davam edəcək seminar Yunanıstanın EOMMEX təşkilatının dəstəyi ilə keçirilir. Seminarda Azərbaycanı iqtisadiyyatın müxtəlif sahələrini (bank, sığorta, audit və konsaltinq, telekommunikasiya, məişət texnikasının istehsalı və satışı, kənd təsərrüfatı mallarının istehsalı və emalı, tikinti materiallarının istehsalı və digər sahələr) təmsil edən 20-dək sahibkar təmsil edəcək.

Seminar zamanı qloballaşmanın kiçik və orta sahibkarlığa təsiri, marketinq konsepsiyası, ixrac sahəsindəki siyasət, xarici bazarlara çıxış və s. məsələlər müzakirə ediləcək.

İİN-lə EOMMEX arasında qarşılıqlı anlaşma memorandumu 2006-cı il dekabrın 18-də Hellenik sahibkarlığın inkişafı və əməkdaşlığı proqramı çərçivəsində imzalanıb.

Xəbər lenti

Xəbər lenti