...

Bakı Metropoliteninin rəhbəri: Metro xəttinə yeni vaqonlar buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 17:45 (UTC +04:00)
Bakı Metropoliteninin rəhbəri: Metro xəttinə yeni vaqonlar buraxılacaq

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı Metropolitenində noyabrın 8-də xəttə 10 vaqonluq iki yeni qatar, dekabrda isə daha 5 vaqon buraxılacaq. Bu barədə çərşənbə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.

Onun sözlərinə görə, gələn ilin avqustunda yeni metro stansiyası 6-cı mikrorayon sakinlərinin sərəncamına veriləcək. 2010-cu ilin mayında isə 7-ci və 8-ci mikraroyonların arasında "Azadlıq" stansiyası istifadəyə veriləcək.

Əhmədov həmçinin qeyd edib ki, metronun Bakı Soveti stansiyasının adının İçərişəhər adlandırılması ilə bağlı təklif Azərbaycanın müvafiq qurumları tərəfindən bəyənilib. "Bakmil" stansiyasının adı ilə bağlı təkliflər isə müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti