Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Azərbaycan Beynəlxalq Bankı (ABB) 2007-ci ildə ümumi həcmi 200 mln. dollar olan avrobondların ilk buraxılışını həyata keçirməyi planlaşdırır. Bu barədə ABB-nin idarə heyəti sədrinin müavini Vaqif Əkbərov məlumat verib.
Avrobondların buraxılışı və yerləşdirilməsi işində ABB-yə iki bukranner yardım göstərəcək- City Bank və JP Morgan. Onlar tender əsasında seçiliblər.