...

Azərbaycan lizinq şirkətləri Assosiasiyası 2008-ci ildən lizinq əməliyyatlarına ƏDV-nin tətbiqinin yeni mexanizmini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2007 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) lizinq əməliyyatları üçün daha əlverişli ƏDV tətbiqi üçün təkliflərin hazırlanmasına başlayıb. Bu barədə Assosiasiyanın sədri Azər Məmmədov məlumat verib. ALŞA lizinq əməliyyatlarının ƏDV-yə cəlb olunmasını təklif edir.

Assosiasiya daha öncə lizinq predmeti olan texnika və avadanlıqların ƏDV-dən azad olunması təklif etsə də, hökumətə təqdim olunmuş məhsulların siyahısı qəbul olunmayıb. "Yeni mexanizm lizinq ödəməsi zamanı ƏDV-ni hesablamağa imkan verəcək ki, bu da həm müştəri, həm də lzinq şirkətləri üçün əlverişlidir",-deyə Məmmədov söyləyib.

Yeni mexanizmin tətbiqi 2008-ci ildə mümkündür. Bununla əlaqədar olaraq Lizinq Assosiasiyası növbəti il üçün Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi üçün layihənin müzakirəsinə başlamaq istəyir.

Xəbər lenti

Xəbər lenti